Prezident: ABŞ Venesuelanın ərazi bütövlüyünə hörmətsizlik etdi


Braziliya prezidenti Luiz İnasio Lula da Silva, 3 yanvarda Venesuela prezidenti Nikolas Maduronun həbsi ilə nəticələnən ABŞ hərbi müdaxiləsindən hələ də "qəzəbli" olduğunu söylədi.

Turkustan.az xəbər verir ki, Lula da Silva ölkəsində keçirilən tədbirdə çıxış edərək ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi də daxil olmaqla, cari hadisələrə münasibət bildirib.
Lula da Silva ABŞ-ın Venesuelanın ərazi bütövlüyünə hörmətsizlik etdiyini vurğulayaraq bildirib: "Mən hələ də qəzəbliyəm. Buna inana bilmirəm. Maduro Karib dənizində 15.000 ABŞ əsgərinin olduğunu bilirdi və hər gün təhlükə olduğunu bilirdi".

ABŞ prezidenti Donald Trampın yaradıldığını elan etdiyi Qəzza üçün "Sülh Komitəsi"nin metodunu tənqid edən Lula da Silva bildirib ki, "2003-cü ildən bəri yeni ölkələrin iştirakı ilə BMT-də islahatların aparılmasını müdafiə etsəm də, Prezident Tramp təkbaşına sahib olduğu yeni BMT yaratmağı təklif edir".

Lula da Silva həmçinin Trampın Davosda Sülh Şurası ilə bağlı açıqlamalarına reaksiya verərək deyib: "Onlar 70 mindən çox insanı öldürüblər, indi isə Qəzzanı yenidən quracaqlarını və orada lüks otel tikəcəklərini deyirlər. Bəs ölən insanlar necə olacaq?"

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ