Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Aİ üzvlüyünə mane olmaqla Putinin istəklərini yerinə yetirir.
Turkustan.az xəbər verir ki, eyni zamanda, Orban Avropada sülhün bərpasına mane olur və Macarıstanı Kreml rejiminin əlbirinə çevirir.
“Ukrinform” xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkədə bildirib .
“Viktor Orban Ukraynanın növbəti 100 il ərzində Aİ-yə qoşulmasına icazə verməyəcəyini deyəndə, əslində Ukrayna dövlətinə müraciət etmir. Əvvəla, o, bunu Transkarpatiyanın etnik macarlarına deyir.”
"Bu, 100 ildən çox əvvəl imzalanmış və macarlar üçün faciəvi olan sülh müqaviləsinə (Trianon müqaviləsi - red.) istinad edən Freyd yanılması kimi səslənir. Bu, sizin kinayənizin zirvəsidir", - deyə Sibiqa Orbana müraciət edərək yazıb.
Nazir vurğulayıb ki, "kimsə bu acı həqiqəti deməlidir. Viktor Orban və onun komandası Ukraynada yaşayan macarların rifahı və təhlükəsizliyi ilə maraqlanmır".
Aytən Yaşar/ Turkustan.az