Almaniya kansleri Fridrix Merz ABŞ ilə yeni dialoqa açıq olduğunu bildirib, lakin əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın sülh Şurasına hazırkı formatda qoşulmayacaq.
Turkustan.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.
"Əlbəttə ki, biz ABŞ ilə əməkdaşlığın digər formalarını, həmçinin yeni formalarını araşdırmağa hazırıq", - deyə o, Romada keçirilən mətbuat konfransında bildirib.
Merz xatıladıb ki, o, bir neçə həftə əvvəl Trampa belə bir strukturda iştirak etmək istəyini bildirmişdi, lakin əlavə etmişdi ki, indi yaranmış vəziyyət Almaniya tərəfindən hazırkı strukturda "konstitusiyaya görə" qəbul edilə bilməz.
Bu rədd cavabı Almaniyanı Fransa, Böyük Britaniya və İspaniya da daxil olmaqla, şuraya qoşulmayacaqlarını elan edən Avropa dövlətlərinin sırasına qoşur. /bakivaxti.az/