Rusiya və Fələstin prezidentləri Qəzzadakı vəziyyəti müzakirə etdi


Rusiya prezidenti Vladimir Putin və Fələstin prezidenti Mahmud Abbas Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.

Turkustan.az xəbər verir ki, görüşün mətbuata açıq hissəsində çıxış edən Putin Fələstinlə münasibətlərin dərin köklərə malik olduğunu bildirib və əlavə edib: "Regiondakı çətinliklərə baxmayaraq, münasibətlərimiz inkişaf edir. İkitərəfli ticarət həcmi azdır, lakin artım meyli var. İkitərəfli ticarət həcmi üç dəfə artıb".

Putin Fələstin dövlətinin yaradılmasının vacibliyini vurğulayaraq bildirib ki, "Rusiyanın Fələstin məsələsinin həllinə yanaşması prinsipialdır və şəraitdən asılı deyil. Fələstin dövlətinin yaradılması və tam fəaliyyət göstərməsi Yaxın Şərqdəki problemi həll etməyin yeganə yoludur".

Putin Qəzzadakı vəziyyətə toxunaraq Rusiyanın oraya 800 min ton yardım göstərdiyi barədə məlumatı paylaşıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ