Qəzza zolağının Misirlə sərhədindəki Rəfah sərhəd keçid məntəqəsinin gələn həftə açılması planlaşdırılır.
Turkustan.az xəbər verir ki, Qəzza Milli İdarəetmə Komitəsinin rəhbəri Əli Şaat Qəzza zolağının Misirlə sərhədindəki Rəfah sərhəd keçid məntəqəsinin gələn həftə açılacağını açıqladı.
Şaas Davosda keçirilən Dünya İqtisadi Forumuna video mesaj göndərib.
Komitə sədri açıqlamasında bildirib ki, "İlk addım olaraq, Rəfah Sərhəd Keçid Məntəqəsinin gələn həftə ikitərəfli keçidlər üçün açılacağını məmnuniyyətlə elan edirəm".
Şaas Rəfəhin yalnız sərhəd keçid məntəqəsi deyil, həm də fələstinlilər üçün "xilasedici bir vasitə" olduğunu bildirib və əlavə edib ki, bu, "Qəzzanın artıq gələcəyə və dünyaya bağlı olmadığının bir əlamətidir".
Aytən Yaşar/ Turkustan.az