Tramp: “Bəzən diktatora ehtiyac var"


"Bəzən diktatora ehtiyacınız var".

Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

"Bəzən insanlar mənim haqqımda deyirlər ki, o, dəhşətli diktatordur. Amma bəzən diktatora ehtiyacınız var!",- deyə o qeyd edib.

Xatırladaq ki, Tramp bu fikri ilk dəfə 6 yanvar 2021-ci ildə Kapitoli üsyanının beşinci ildönümündə səsləndirib.

"Seçkiləri ləğv etməyimizi deməyəcəyəm, çünki saxta xəbərlərdə deyiləcək ki, o, seçkiləri ləğv etmək istəyir, o diktatordur. Mənə həmişə diktator deyirlər", - deyə Tramp o zaman qeyd etmişdi. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ