Davos İqtisadi Forumu dünya liderlərinin qlobal böhranlarla bağlı tənqidi bəyanatlar verməsi üçün səhnədir.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Danimarka əyaləti və NATO üzvü olan Qrenlandiyanı ABŞ-a birləşdirmək istəyi sammitdə ən vacib müzakirə mövzularından biri olsa da, NATO-nun baş katibi Rutte prezident Trampla məhsuldar görüş keçirdiklərini bildirib.
Rutte, Rusiya və Çinin Qrenlandiya üzərində iqtisadi və ya hərbi təsir qazanmasının qarşısını almaq yollarını müzakirə etdiklərini və NATO-nun diqqətinin Ukraynaya yönəlməli olduğu mövqeyini təkrarlayaraq, "Gözlərimizi Ukraynaya dikməliyik" dediyini söylədi.
ABŞ prezidenti Donald Trampın Ukraynanın müstəqilliyinə və suverenliyinə sadiq olub-olmadığı soruşulduqda, Rutte "Bəli! Və mənim buna heç vaxt şübhəm olmayıb" cavabını verib.
Aytən Yaşar/ Turkustan.az