Vardanyana görə Azərbaycana absurd BÖHTAN


Erməni hüquq müdafiəçisi Siranuş Saakyan Bakıda həbsdə olan Ruben Vardanyanın işində “prosesin gecikdirilməsi” meyllərinin olduğunu iddia edib.

Onun sözlərinə görə, gecikməyə səbəb olan halları dəqiq demək çətindir, lakin belə bir “meyl” göz qabağındadır. O, həmçinin, vurğulayıb ki, Vardanyanın “xarici dünyadan təcridi son zamanlar artıb”. Saakyana görə, ailə üzvləri ilə telefon zənglərinin tezliyi əhəmiyyətli dərəcədə azalıb və bu da guya narahatlıq doğurur.

Siranuş Saakyan:

Qeyd edək ki, Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə dekabrın 30-na təyin olunmuş məhkəmə prosesi qeyri-müəyyən müddətədək təxirə salınıb. Səbəb həmin cinayət işi üzrə hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət məhkəmə heyətinin (ehtiyat hakim Günel Səmədova) digər iş (15 nəfər Ermənistan vətəndaşının barəsində cinayət işi) üzrə məhkəmə iclasında müşavirəyə getməsidir.

Beləliklə, R.Vardanyanın barəsində cinayət işi üzrə növbəti məhkəmə iclası məhkəmə heyəti müşavirədən qayıdandan sonra keçiriləcək. Yəni nə Vardanyan təcrid olunub dünyadan, nə də ailəsi ilə telefon əlaqəsi problemi var.

Ruben Vardanyan CM-in üç maddəsi ilə ittiham olunur: DTX məlumat yaydı -  VİDEO

Erməni tərəfi ərazimizdə separatizmi maliyyələşdirmiş, ölkəmizə qanunsuz yolla daxil olmuş bu cinayətkarın müdafiəsini niyə xüsusi şəkildə qabardır?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Vardanyanın başqalarından fərqləndirilməsi təsadüfi deyil:

“O, Rusiya vətəndaşı olub, milyarderdir, əlində şirkətləri, bankları olmuş biridir, ABŞ və Rusiyada əlaqələri olub, Donbasda və Qarabağda separatizmi dəstəkləyib, müxtəlif layihələr adı altında qanunsuz hərəkətlərə yol verib. Ona görə də keçmiş xunta rejiminin həbsdə olan digər üzvləri ilə müqayisədə Vardanyana xüsusi diqqət yetirilir. Hətta bir müddət əvvəl ABŞ televiziyasına çıxan ailəsi onun həbsindən danışmışdı, sonra bir amerikalı vəkil müsahibə vermişdi. Həmçinin Ermənistanda Vardanyan üçün yaxasını cıranlar var. Bu da görünür ki, onun ailəsinin xərclədiyi pulların nəticəsidir. Bununla Vardanyan haqda “siyasi məhbus” imici yaratmağa çalışırlar. Halbuki primitiv cinayətkardır və separatizmi dəstəkləmiş, Azərbaycan dövlətinə qarşı silahlı mübarizəyə çağırmış bir terror sponsorudur”.

Çingiz Qənizadə:

Hüquq müdafiəçisinin sözlərinə görə, Vardanyan məhkəmədə ifadə verməsə də, bu, onu cəzadan azad etmir və törətdiyi cinayətlər sübut-dəlillərlə isbat olunub:

“Onun azad edilməsindən söhbət gedə bilməz. Bəzən fikirlər səslənir ki, Ermənistana təhvil verilə bilər. Bəlkə də yekun sülh sənədi imzalandıqdan sonra hansısa danışıqlar mümkündür. Amma indi onu hökm gözləyir və etdiyi qanunsuzluqların cəzasını çəkməlidir. Onun Rusiya vətəndaşı kimi Azərbaycan ərazilərinə qanunsuz gəlməsi və erməniləri qanuna tabe olmamağa çağırması, terrorçuluğu, separatizmi maliyyələşdirməsi Moskvadakı müəyyən siyasi dairələrin planı olub, amma iflasa uğradı”.


MANŞET XƏBƏRLƏRİ