Suriya Mülki Aviasiya və Hava Nəqliyyatı Baş İdarəsi Dəməşq Beynəlxalq Hava Limanındakı yeni radarın yalnız mülki məqsədlər üçün olduğunu və hərbi məqsədlər üçün olmadığını açıqladı.
Turkustan.az xəbər verir ki, Suriya Mülki Aviasiya Baş İdarəsinin yazılı açıqlamasında deyilir: "Dəməşq Beynəlxalq Hava Limanında yeni istifadəyə verilən radar sistemi hava naviqasiyası və mülki hava hərəkətinin idarə edilməsi məqsədləri üçün nəzərdə tutulmuş sırf mülki radardır".
Bəyanatda vurğulanıb ki, bu radar Mülki Aviasiya və Hava Nəqliyyatı Baş İdarəsinin tam və birbaşa səlahiyyəti altındadır və milli qanunlara və təsdiq edilmiş beynəlxalq qaydalara uyğun olaraq hava təhlükəsizliyi sistemi daxilində istifadə olunur.
Aytən Yaşar/ Turkustan.az