ABŞ Prezidenti Donald Trampın bu gün Davosda keçirilən Dünya İqtisadi Forumunda “Qəzza Sülh Şurası”nın imzalanma mərasiminə ev sahibliyi etməsi planlaşdırılır.
Turkustan.az xəbər verir ki, mərasimdə Türkiyənin xarici işlər naziri Hakan Fidanın da iştirakı gözlənilir. Tədbirə 20-dən çox dünya liderinin qatılacağı bildirilir.
İndiyədək 20-dən çox ölkə Trampın şuraya qoşulmaq dəvətini qəbul edib. ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff isə dəvəti qəbul edən ölkələrin sayının 25-ə çata biləcəyini açıqlayıb. Bununla belə, ABŞ-ın aparıcı Avropa müttəfiqlərindən heç biri hələlik rəsmi öhdəlik götürməyib.
Aytən Yaşar/ Turkustan.az