Əliyev və Paşinyan bu ölkədə görüşə bilər


Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərində görüşə bilər.

Turkustan.az modern.az-a istinadən xəbər verir ki, görüş “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təntənəli təqdimat mərasimi çərçivəsində baş tuta bilər.

Belə ki, bu il Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə bu mükafata layiq görülüblər.

Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, münsiflər heyətinin üzvləri – Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edərkən fəxri qonaq qismində iştirak etməsi üçün dəvət məktubunu ona təqdim ediblər.

Ermənistan Baş naziri Nikol Paşinyan isə ötən gün “parlament saatı”nda çıxışı zamanı “Zayed İnsan Qardaşlığı Mükafatı”nı almaq üçün şəxsən fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcəyini deyib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan liderləri ötən il iyulun 10-da da Birləşmiş Ərəb Əmirliklərində görüşmüşdülər. Məhz həmin görüşdən sonra avqusutun 8-də Vaşinqtonda bir araya gələn ölkə rəhbərləri ABŞ lideri Donald Trampın iştirakı ilə sülh müqaviləsini paraflanmasını həyata keçirmişdi.


MANŞET XƏBƏRLƏRİ