Böyük zərbəyə hazırlaşırlar: hücum olacaq! – Zelenski


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın daha bir böyük hücuma hazırlaşdığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə dövlət başçısı axşam müraciətində bildirib.

Zelenskinin sözlərinə görə, yaxın günlərdə Ukrayna vətəndaşları maksimum dərəcədə ayıq-sayıq olmalıdırlar.

“Bu günlərdə xüsusilə diqqətli olmalıyıq. Rusiya böyük bir zərbəyə hazırlaşıb. Xahiş edirəm, bütün hava hücumu sirenlərinə ciddi yanaşın. Hər bir region mümkün qədər tez reaksiya verməyə və əhalini qorumağa hazır olmalıdır”, – Zelenski qeyd edib.

Ukrayna hakimiyyəti təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və vəziyyətin daimi nəzarətdə saxlanıldığını bildirir. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ