Futboldan təqaüdə çıxdıqdan sonra yaşamağı planlaşdırdığı Portuqaliyadakı dəbdəbəli malikanəsi xüsusiyyətləri ilə diqqət çəkib.
Turkustan.az xəbər verir ki, A Bola-nın verdiyi məlumatlar dünya ulduzunun hazırladığı yaşayış sahəsi haqqında təəccüblü məlumatları ortaya çıxarıb.
Portuqaliyada tikilmiş Kriştiano Ronaldonun malikanəsinin təxminən 35 milyon avro dəyərində olduğu bildirilir. Tikinti prosesinin üç il davam etdiyi deyilir.
Köşkdə ümumilikdə 8 yataq otağı var. Hər otağın öz vanna otağı olduğu bildirilir və vanna otaqlarında təmiz qızıldan hazırlanmış kranların olduğu deyilir.
"A Bola"nın məlumatına görə, malikanədə qapalı və açıq üzgüçülük hovuzları, tam təchiz olunmuş idman zalı və özəl kinoteatr var. Həmçinin bildirilir ki, Ronaldonun özəl çimərliyə çıxışı var.
Köşkün ən diqqət çəkən xüsusiyyətlərindən biri gizli yeraltı tunel olduğu bildirilir. Bu detal Portuqaliya mətbuatında xeyli diqqət çəkib.


Aytən Yaşar/ Turkustan.az