ABŞ prezidenti Donald Tramp bildirib ki, "onun səlahiyyətləri konstitusiya və ya məhkəmələrlə deyil, öz əxlaqı ilə məhdudlaşır".
Turkustan.az xəbər verir ki, CBS News-a verdiyi müsahibədə, "məni dayandıra biləcək yeganə şey beynəlxalq hüquq deyil, öz əxlaqımdır" ifadəsini xatırladan Tramp, "Səlahiyyətim konstitusiya və ya məhkəmələr tərəfindən deyil, öz əxlaqımla məhdudlaşır. Mən əxlaqlı insanam. Ölümü görmək istəmirəm. Xalqımızın zərər görməsini istəmirəm. Qarşı tərəfin də zərər görməsini istəmirəm" dedi.
ABŞ-ın Venesueladakı hərbi əməliyyatında "digər tərəfdə" insanların öldürülməsindən narazılığını bildirən Tramp, "Bu, mənim əxlaqımla məhdudlaşır və əxlaqi standartlarım çox yüksəkdir. Buna görə də bu şəkildə məhdudlaşır" dedi.
Aytən Yaşar/ Turkustan.az