“TRİPP yolu Ermənistanı, ABŞ-ı və Azərbaycanı məmnun edir”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Beləliklə, regionda uzunmüddətli və dayanıqlı sülhün təmin olunmasında yaşıl işıq yandırılır. Açıq-aşkar görünür ki, regionumuza böyük investisiyalar və əhəmiyyətli maliyyə axını daxil olacaq. Bu, çox yaxşı xəbərdir”, — Paşinyan qeyd edib.
Paşinyan Cənubi Qafqazı dünyada baş verən gərgin proseslər fonunda təhlükəsiz bir mühit adlandırıb./Globalinfo.az