ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər etməyi planlaşdırırlar.
Turkustan.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb .
Səfər Rusiyanın Ukraynadakı müharibəsinə son qoymaq üçün sülh sazişinin əldə edilməsi səyləri fonunda baş tutacaq.
Mənbələr bildirib ki, görüş bu ay baş tuta bilər, lakin planlar hələlik dəqiqləşdirilməyib və İrandakı hadisələrə görə vaxt dəyişə bilər.
Ağ Ev sözçüsü hazırda belə bir görüşün planlaşdırılmadığını bildirib. Kreml Bloomberg-in şərh istəyinə cavab verməyib.
Mənbələrdən birinə görə, Putinin Trampın elçiləri ilə bu ikinci görüşdə nə dərəcədə maraqlı olduğu hələ də bəlli deyil və görünür, bu, tarix təyin etməkdə əsas maneədir.
Aytən Yaşar/ Turkustan.az