İranda iqtisadi problemlər üzündən başlayan etirazların 17-ci günündə ölənlərin sayı 2550-yə çatıb, ABŞ-dan isə diqqət çəkən bir görüntü yayılıb.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın İrana müdaxilə etməyə hazırlaşarkən Oval kabinetə girməsinin görüntülərində diqqət çəkən bir detal ortaya çıxdı .
İçəri girərkən Trampa bir sənəd təqdim edilib və o, masasına oturmadan tələsik sənədi oxumağa başlayıb.
Şəkli paylaşan News Nation Ağ Ev müxbiri Kelli Meyer özünün X hesabından paylaşım edərək bildirib: "Prezidentə bir şey verildiyini və Oval Ofisə qayıdan kimi onu oxumağa başladığını görə bilərsiniz."
Bəziləri Trampa təqdim edilən sənədin 12 min insanın öldürüldüyü iddia edilən İrandakı etirazlarla əlaqəli ola biləcəyini düşünsə də, digərləri orada müdaxilə ilə bağlı detalların ola biləcəyini iddia ediblər.
Aytən Yaşar/ Turkustan.az