Qrenlandiyanın Baş naziri Yens-Fridrix Nilsen bildirib ki, ada Amerika Birləşmiş Ştatlarının bir hissəsi olmaq istəmir.
Turkustan.az xəbər verir ki, o, bunu çərşənbə axşamı, 13 yanvarda Danimarkanın Baş naziri Mette Frederiksen ilə birgə mətbuat konfransında bildirib.
Nilsen vurğuladı ki, Qrenlandiya satılmır və ərazinin "ABŞ-ı yox, Danimarkanı seçdiyi"ndə israr etdi.
"Bir şey hər kəs üçün aydın olmalıdır: Qrenlandiya ABŞ-a məxsus olmaq istəmir, Qrenlandiya ABŞ tərəfindən idarə olunmaq istəmir, Qrenlandiya ABŞ-ın bir hissəsi olmaq istəmir. Biz bu gün tanıdığımız və Danimarka Krallığının bir hissəsi olan Qrenlandiyanı seçirik", - deyə o vurğulayıb.
Öz növbəsində, Danimarkanın Baş naziri Mette Frederiksen qeyd edib ki, Danimarka ABŞ-a istinadən Qrenlandiya ilə bağlı ən yaxın müttəfiqi tərəfindən "qəbuledilməz təzyiq" ilə üzləşir.
O, həmçinin xəbərdarlıq etdi ki, "ən çətin hissənin hələ qabaqda olduğuna dair bir çox dəlil var". O, Danimarkanın "sərhədləri zorla dəyişdirməyin... və ya başqa bir xalqı satın almağın mümkünsüzlüyü və kiçik ölkələrin böyük ölkələrdən qorxmaması" prinsiplərini müdafiə etmək zərurəti ilə üzləşdiyi bir vaxtda "daha fundamental bir şeyin" təhlükə altında olduğunu söylədi.
Aytən Yaşar/ Turkustan.az