Dünyanın digər tərəfində də gərginlik yaranıb: Onlar ağır bədəl ödəyəcəklər!


Şimali Koreya ilə Cənubi Koreya arasındakı hərbi gərginlik Koreya yarımadasında və ətrafında təhlükəsizliklə bağlı narahatlıqları artırdıqca Pxenyan rejimindən təəccüblü bir iddia ortaya atılıb.

Turkustan.az xəbər verir ki, Şimali Koreya ordusunun açıqlamasında Cənubi Koreya tərəfindən göndərilən casus pilotsuz təyyarəsinin 4 yanvarda vurulduğu bildirilir və əlavə olunur: "Müvafiq hərbi bölmələrimiz pilotsuz uçuş aparatının (PUA) Şimali Koreya hava məkanında 8 kilometr uçmasına icazə verib və pilotsuz təyyarəni xüsusi elektron müharibə alətləri ilə tutaraq Kefunq bölgəsindəki 101,5 metr hündürlükdəki təpədən 1200 metr aralıda yerə çırpıb".

Bildirilib ki, görüntü sistemləri ilə təchiz olunmuş PUA ətraflı müayinədən keçirilib və "Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, 4 yanvar tarixində saat 12:50 radələrində Cənubi Koreyanın İnçhon şəhərinin Kanqva bölgəsindən havaya qalxan PUA 100-300 metr hündürlükdə, saatda 50 kilometr sürətlə 3 saat 10 dəqiqə uçub və 156 kilometr məsafə qət edib".

İddia edilib ki, PUA vurulmazdan əvvəl Şimali Koreyadan müvafiq olaraq 6 dəqiqə 59 saniyə və 6 dəqiqə 58 saniyə davam edən video görüntüləri qeydə alıb və "Bu video məlumatları PUA-nın bölgəmizdə kəşfiyyat və müşahidə apararaq ölkəmizin ərazi bütövlüyünü və hava məkanını pozduğunun açıq sübutudur" ifadəsi işlədilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ