İran müxalifətinin qadın lideri - Məryəm Rəcəvi kimdir?


Almaniyanın “Berliner Tageblatt” qəzeti bildirir ki, İranda ötən ilin dekabrının sonunda başlamış etiraz aksiyalarının ilk günlərində son dərəcə parçalanmış vəziyyətdə olan üsyançılar artıq qeyri-rəsmi lider tapıblar.

Turkustan.az həmin mənbəyə istinadənm xəbər verir ki, söhbət 1953-cü ildə Tehranda anadan olan, uzun müddətdir Parisdə yaşayan 73 yaşlı Məryəm Rəcəvidən gedir.

İran bu gün: molla rejiminə meydan oxuyan yeni dövrün qadınları - FOTOLAR

Məryəm Rəcəvi xaricvdəki İran müxalifətinin ən tanınmış simalarından biridir. O, İran Milli Müqavimət Şurasına rəhbərlik edir. Təşkilatın əsas məqsədi İranda İslam rejiminin devrilməsi olan müxalifət koalisiyasıdır.

1990-cı illərdən etibarən Rəcəvi əsasən xaricdə fəaliyyət göstərən müxalifətin siması kimi tanınır, özünü dünyəvi, demokratik və nüvə silahından imtina etmiş İran modelinin tərəfdarı kimi təqdim edir.

Onun rəhbərlik etdiyi təşkilat müxtəlif Qərb ölkələrinə səpələnmiş İran müxalifət qruplarının koalisiyasıdır. İddialara görə, bu qrupların hamısı Qərb kəşfiyyat orqanları ilə sıx əlaqədədir və onların dəstəyi ilə İran rejiminin devrilməsini müdafiə edirlər. Rəcəvi də Qərb kəşfiyyat strukturları tərəfindən maliyyələşdirilən beynəlxalq forumlarda tez-tez iştirak edir.Rəcəvi Avropa və ABŞ-da keçirilən müxtəlif forumlarda, parlament dinləmələrində və beynəlxalq tədbirlərdə çıxış edir. Onun rəhbərlik etdiyi təşkilatlar Qərbdə bəzi siyasi dairələr tərəfindən İrana alternativ hakimiyyət modeli kimi təqdim olunur.

Picture background

Uzun müddət unudulan Rəcəvi İranda hər vəziyyət gərginləşəndə aktiv mövqe tutur. İndi də o, Qərb nəşrlərinə müsahibələr verir və hətta rejim dəyişikliyi üçün planlar təklif edib.
Onun 10 maddəlik planına gəlincə, əsas prinsiplər teokratik idarəçiliyin ləğvi, demokratik respublikanın qurulmas; qadın və kişi bərabərliyi; din və dövlətin ayrılması; söz və mətbuat azadlığı; ölüm hökmünün ləğvi və Qərblə münasibətlərin qurulmasıdır.

Qeyd edək ki, onun həyat yoldaşı Məsud Rəcəvi “İran Xalq Mücahidləri Təşkilatı”nın təsisçisi kimi tanınır. Bu təşkilat 1980-ci illərdə İran İslam Respublikasının rəhbərliyinə qarşı silahlı mübarizə aparıb və terror aktları həyata keçirib. Qrup sonradan Fransa və ABŞ-da fəaliyyət göstərib, Səddam Hüseynin hakimiyyəti dövründə isə İraqdan idarə olunaraq İrana qarşı müharibədə istifadə edilib. Təşkilat təkcə İranda deyil, Qərb ölkələrində də uzun müddət terror təşkilatı kimi tanınıb. Sonradan ABŞ və Böyük Britaniya onu “qara siyahı”dan çıxarıb. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ