İsraildə ultra-ortodoks yəhudilərin təşkil etdiyi nümayiş zamanı avtobusun izdihama çırpılması nəticəsində yaralılar var.
Turkustan.az xəbər verir ki, Qərbi Qüdsdə ultra-ortodoks yəhudilərin (Haredim) İsraildə məcburi hərbi xidmətə qarşı keçirdiyi etiraz aksiyası zamanı avtobus izdihamın üzərinə çırpılıb, nəticədə bir nəfər ölüb, üç nəfər yaralanıb.
İsrail mediasının məlumatına görə, Qərbi Qüdsdə avtobusun hərbi çağırışa qarşı nümayiş keçirən etirazçıların izdihamına çırpılması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Kanal 12 İsrail polisinin avtobus sürücüsünü saxladığını və hadisənin qəsdən törədilmiş hücum deyil, qəza kimi qiymətləndirildiyini bildirib.
Məlumata görə, sürücü polisə "nümayişdən qaçmağa çalışdım, amma onlar yolumu kəsdilər" deyib.
Aytən Yaşar/ Turkustan.az