Nyu-Yorkun ilk müsəlman meri Zöhran Məmdani and içdiyi Quranın Osmanlı dövrünə aid Suriyadan əlyazma nüsxə olduğunu açıqladı.
Turkustan.az xəbər verir ki, Mamdani ötən həftə vəzifəyə başladığı zaman and içdiyi Quranla bağlı ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında açıqlamalar verib.
Mamdani köhnə Bələdiyyə metro stansiyasında keçirilən andiçmə mərasimində oxunan Quranın Arturo Şomburqa məxsus 18-ci əsr əlyazması olduğunu qeyd edərək, bunun Osmanlı dövrünə aid Suriyadan bir nüsxə olduğunu qeyd etdi.
Mamdani əsərin qara mürəkkəblə yazıldığını, mətnin bəzi hissələrinin isə qırmızı rənglə vurğulandığını bildirdi.
Nyu-Yorkun yeni dövrünün bir hissəsi kimi təqdim etdiyi bu Quranın bütün Nyu-Yorklulara məxsus olduğunu vurğulayan Mamdani, əsərin Nyu-York İctimai Kitabxanasının (NYPL) əsas binasında nümayiş etdiriləcəyini və bu gündən etibarən ictimaiyyət üçün açıq olduğunu açıqladı.
Aytən Yaşar/ Turkustan.az