Kolumbiya prezidenti Qustavo Petro bildirib ki, dünya tarixində hətta "diktatorlar" belə ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi kimi bir şey etməyiblər.
Turkustan.az xəbər verir ki, Petro ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında paylaşım edərək, ABŞ-ın Venesuelaya hərbi müdaxiləsinə reaksiya verib.
Petro, ABŞ-ın bəşər tarixində Cənubi Amerika ölkəsinin paytaxtını bombalayan ilk ölkə olduğunu qeyd etdi və belə davam etdi:
"Nə (İsrail Baş naziri Benyamin) Netanyahu, nə (Nasist diktatoru Adolf) Hitler, nə (İspaniya diktatoru Fransisko) Franko, nə də (Portuqaliya diktatoru Antonio de Oliveira) Salazar bunu etməyib".
Aytən Yaşar/ Turkustan.az