ABŞ Venesuelada 2 saat 20 dəqiqəlik əməliyyat zamanı prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Flores oğurlanaraq Nyu-Yorka gətirilib.
Turkustan.az xəbər verir ki, Maduro və həyat yoldaşının bu gün hakim qarşısına çıxması, həbs prosesinin isə bu gündən etibarən başlaması gözlənilsə də, "The New York Times" qəzeti işlə bağlı yeni detalları açıqlayıb.
"New York Times" qəzetinin Amerika və Venesuela mənbələrinə istinadən verdiyi məlumata görə, Vaşinqton administrasiyası 23 dekabrda Maduroya ultimatum verərək, ondan hakimiyyətdən imtina etməyi və Türkiyəyə köçməyi tələb edib. Hesabatda iddia olunur ki, Maduroya xaricdə "rahat və təhlükəsiz həyat" təklif olunub, lakin 63 yaşlı lider təklifi rədd edib. Qəzet iddia edir ki, bu rədd cavabından sonra Prezident Tramp 25 dekabrda hərbi əməliyyatlara başlayıb.
ABŞ mətbuatında yer alan bu iddia böyük ajiotaj yaratdı və senator Lindsi Qrem xəbəri təsdiqləyən açıqlama verdi.
Trampla eyni təyyarədə olan senator deyib: "Maduro bu gün Türkiyədə ola bilər, amma Nyu-Yorkdadır. Özündən başqa heç kimi günahlandırmamalıdır. Tramp ona çıxış yolu təklif edib".
Senator Qrahamın sözlərini dinləyərkən ayaq üstə duran Trampın Maduro ilə bağlı iddianı qəbul edərək başını tərpətməsi diqqətdən yayınmadı.
Aytən Yaşar/ Turkustan.az