ABŞ-ın Venesuelaya endirdiyi zərbə 30 dəqiqədən də az davam edib.
Turkustan.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məlumata əsasən, əməliyyat yüksək dəqiqlikli və sürətli manevrlərlə həyata keçirilib. Zərbələrin əsas hədəfləri hərbi və strateji obyektlər olub.
Rəsmi Karakas hücumun nəticələri və mümkün itkilərlə bağlı hələlik tam məlumat açıqlamayıb.
Qısa zaman kəsiyində baş verən bu hücum regionda onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirib. Bir sıra ölkələr Vaşinqtonun addımlarını beynəlxalq hüququn pozulması kimi qiymətləndirir, digərləri isə prosesin yeni mərhələyə keçdiyini bildirir.
Hazırda Venesuelada təhlükəsizlik qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib, paytaxt Karakasda və strateji bölgələrdə nəzarət tədbirləri gücləndirilib./Musavat.com