Honkonqda Tay Po yanğınında ölənlərin sayı 161-ə çatdı


Çinin Honkonq Xüsusi İnzibati Bölgəsinin Tay Po rayonunda səkkiz binadan ibarət olan Vanq Fuk Mənzillər kompleksində noyabrın 26-da baş verən yanğın nəticəsində ölənlərin sayı 161-ə çatıb.

Turkustan.az xəbər verir ki, Honkonq Polis Rəisi Co Çov Yat-minq verdiyi açıqlamada, yandırılmış binalardan tapılan qalıqlarda başqa bir bina sakininin DNT-si ilə uyğun gələn DNT-nin tapıldığını açıqladı.

Çou, yeni tapıntılarla yanğında ölənlərin sayının 161-ə çatdığını bildirib və əlavə edib ki, əvvəllər itkin düşdüyü bildirilən 6 nəfərdən 5-nin DNT-si mərhumun DNT-si ilə üst-üstə düşür və ilk şəxsin 2023-cü ildə öldüyü aşkarlanıb.

Əvvəlki məlumatlarda yanğında 11 yanğınsöndürən də daxil olmaqla 79 nəfərin xəsarət aldığı bildirilirdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ