ABŞ kəşfiyyat qurumları Rusiya prezidenti Vladimir Putinin məqsədlərinin Ukrayna ilə məhdudlaşmadığı barədə xəbərdarlıq edir.
Turkustan.az xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, Kreml rəhbəri bütün Ukraynanı ələ keçirməyi və vaxtilə SSRİ-nin tərkibində olmuş ölkələri yenidən Rusiyanın təsir dairəsinə “qaytarmağı” hədəfləyir.
Analitik qiymətləndirmələrdə vurğulanır ki, bu planlara hazırda NATO üzvü olan Baltikyanı dövlətlər də daxildir. Kəşfiyyat rəsmilərinin fikrincə, müharibənin dayandırılması üçün aparılan diplomatik səylərə baxmayaraq, Putinin yaxın perspektivdə hərbi əməliyyatlara son qoymaq niyyəti yoxdur.
Əksinə, Moskvanın yeni ərazilər uğrunda iddialarını genişləndirmək istəyi Qərbdə ciddi narahatlıq doğurur. Bu yanaşma Avropanın təhlükəsizlik arxitekturası üçün uzunmüddətli risklər yaradır və NATO ölkələrinin müdafiə planlarını yenidən nəzərdən keçirməsini zəruri edir./Musavat.com