İranda mövsümi qrip dalğası təhlükəli həddə çatıb. İndiyədək 101 nəfər virusdan ölüb.
Turkustan.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin rəhbəri Hüseyn Kermanpurun təqdim etdiyi son hesabatda yer alıb.
Ölənlərin əksəriyyətinin peyvənd olunmadığı bildirilib.
“Mehr” xəbər agentliyi isə ölkədə ciddi peyvənd çatışmazlığı olduğunu vurğulayaraq, hazırkı yoluxma səviyyəsinin xəbərdarlıq həddindən üç dəfə yüksək olduğunu qeyd edib.
İslam Şurası Məclisinin Səhiyyə və Tibb Komissiyasının üzvü Humayun Sameh Nəcəfabadi də vəziyyətin ciddiliyinə diqqət çəkib. O, hazırda qripdən ölüm riskinin koronavirusdan daha yüksək olduğunu bildirərək, əhaliyə xəbərdarlıq edib. /globalinfo.az/