İsrailli nazir: Suriya ilə razılaşma pozuldu


İsrailin xarici işlər naziri Gideon Saar Suriya ilə razılaşma ehtimalının uzaqlaşdığını ifadə edərək, Suriyanın "yeni tələbləri" səbəbindən "fərqlərin artdığını" iddia edib.

Turkustan.az xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar bəyan edib ki, ölkəsi ilə Suriya arasında uçurum genişlənib və təhlükəsizlik sazişinin imzalanması ehtimalı daha da uzaqlaşıb.

Saar İsrailin “The Jerusalem Post” qəzetinin Vaşinqto vvnda təşkil etdiyi konfransda Suriya ilə İsrail arasında daha əvvəl müzakirə edilən potensial təhlükəsizlik razılaşması haqqında danışıb.

Mümkün təhlükəsizlik razılaşması ilə bağlı Suriyanın "yeni tələbləri" səbəbiylə "fərqlərin artdığını" iddia edən İsrail xarici işlər naziri, ölkəsinin razılığa gəlmək istədiyini iddia edərək, "Ancaq bir neçə həftə əvvəlkindən daha uzağıq" dedi.

Saar iki ölkə arasında razılaşma ilə bağlı uçurumun daha da genişləndiyini iddia edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ