ABŞ və Yaponiya birgə hərbi təlimlərə başladı


ABŞ Yaponiya ilə birgə hava təlimində nüvə silahı daşıya bilən B-52 strateji bombardmançı təyyarələrini havaya buraxıb.

Turkustan.az xəbər verir ki, Yaponiyanın Nikkei Asia xəbər agentliyinə görə, ABŞ və Yaponiya Hərbi Hava Qüvvələri Yapon dənizi (Şərq dənizi) üzərində birgə təlim keçirib.

Təlimdə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki nüvə qabiliyyətinə malik B-52 strateji bombardmançı təyyarəsi, həmçinin Yaponiyaya məxsus üç F-35 və üç F-15 təyyarəsi iştirak edib.

Yaponiya Birləşmiş Qərargah Rəisləri, "Bu ikitərəfli təlim Yaponiya və ABŞ-ın gücdən istifadə etməklə status-kvonun birtərəfli dəyişikliklərinə dözməmək üçün güclü öhdəliyini bir daha təsdiqləyir" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ