Bolqarıstanın baş naziri Rosen Jelyazkov müxalifətin təşəbbüsü ilə üç partiyadan ibarət koalisiya hökumətinə etimad səsverməsindən əvvəl istefa vermək qərarına gəlib.
Turkustan.az xəbər verir ki, onlarla vətəndaş həftələrdir küçələrdə hökumətə etiraz edirdi.
Jelyazkov parlamentə verdiyi açıqlamada istefasına səbəb kimi ölkədə artan sosial narazılığı göstərib.
Jelyazkov hökumətin istefasını hökumətin iqtisadi siyasətində və korrupsiyaya qarşı mübarizədə uğursuzluğa düçar olması ilə bağlı həftələrlə davam edən küçə etirazlarından sonra təqdim edib.
Rosen Jelyazkov bildirib ki, "Biz cəmiyyətin gözləntilərinə uyğun hərəkət etmək istəyirik. Hakimiyyət xalqın iradəsindən irəli gəlir. İstefa çağırışı həm gənclər, həm də yaşlılar tərəfindən qaldırılıb. Bu vətəndaş enerjisi dəstəklənməli və təşviq edilməlidir."
İstefa Bolqarıstanın yanvarın 1-də avro zonasına daxil olmasına az qalmışdır.
Aytən Yaşar/ Turkustan.az