İran Vaşinqtonun bu qərarına sərt reaksiya verdi


İran Xarici İşlər Nazirliyi ABŞ-ın Nyu-Yorkda İranın BMT-dəki daimi nümayəndəliyində çalışan üç iranlı diplomata məhdudiyyətlər tətbiq etmək qərarını pisləyib.

Turkustan.az xəbər verir ki, nazirliyin yazılı açıqlamasında iranlı diplomatların məhdudlaşdırılması qərarının onların işinə mane olduğu və belə qərarların ABŞ tərəfindən “təzyiq üsulu” kimi istifadə edildiyi bildirilib.
Bəyanatda həmçinin vurğulanıb ki, ABŞ diplomatların qanuni vəzifələrini yerinə yetirməsinə maneçilik törətməklə “Ev sahibi ölkə sazişi”ndən irəli gələn öhdəlikləri pozub və Birləşmiş Millətlər Təşkilatının baş katibinin nüfuzuna xələl gətirib.

İran BMT Baş katibini “ABŞ-ın qeyri-qanuni əməllərinin” qarşısını almağa çağırıb, həmçinin BMT-yə üzv dövlətləri ABŞ-a qarşı reaksiya verməyə çağırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ