Putin Maduro ilə danışdı


Rusiya prezidenti Vladimir Putin Venesuela prezidenti Nikolas Maduro ilə telefonla danışıb. Kremldən verilən açıqlamaya görə, Putin artan xarici təzyiqlər qarşısında Maduroya dəstəyini ifadə edib.

Turkustan.az xəbər verir ki, Kremldən verilən açıqlamada Putinin artan xarici təzyiqlər qarşısında hökumətinin tutduğu yol üçün Rusiyanın Maduroya dəstəyini çatdırdığı bildirilib.

Bəyanatda deyilir ki, Putin və Maduro görüş zamanı strateji tərəfdaşlıq müqaviləsini həyata keçirmək və iqtisadiyyat və enerji sektorları ilə bağlı müxtəlif birgə layihələr həyata keçirmək istəklərini ifadə ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ