Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanın müharibəyə qərar verəcəyi təqdirdə Rusiyanın artıq hazır olduğunu bildirərək, “Avropa bu anda yeni bir münaqişənin toxumu səpmək istəyir və bunu açıq şəkildə bəyan edir” deyib.
Turkustan.az xəbər verir ki, Lavrov paytaxt Moskvada keçirilən səfirlərin 10-cu dəyirmi masa toplantısına qatılıb.
İclasda çıxış edən Lavrov ABŞ-ın Ukrayna böhranının həlli ilə bağlı təşəbbüslərini şərh edərək, “Amerikalılar Ukrayna böhranının mahiyyətini anlamağa çalışırlar” deyib.
Lavrov bunun avqustun 15-də Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında keçirilən sammitdə də əks olunduğunu qeyd edərək, "Orada qarşılıqlı anlaşma əldə olunub. Bu, bizim üçün qüvvədə qalır və problemin həlli üçün başlanğıc nöqtəsi ola bilər" deyib.
Lavrov Putinin dekabrın 2-də ABŞ prezidenti Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və kürəkəni Jared Kuşnerlə görüşdüyünü xatırladıb və Rusiya və ABŞ tərəflərinin həmin görüşdə Alyaskada əldə olunan razılaşmalara sadiqliklərini bir daha təsdiqlədiklərini qeyd edib.
Aytən Yaşar/ Turkustan.az