Putin: Donbas Rusiyanın bir hissəsidir


ABŞ administrasiyasının Ukraynada müharibəyə son qoymaq üçün 28 maddəlik sülh planını təqdim etməsi ilə yenidən sürətlənən diplomatik səylər davam edir.

Turkustan.az xəbər veir ki, hələ həllini tapmayan məsələlərdən biri Donbas bölgəsidir.

Ukrayna hökuməti Donbasdan imtina etməyəcəklərini bəyan edərkən, Rusiya prezidenti Vladimir Putin Donbasın həmişə Rusiyanın bir hissəsi olduğunu bəyan edərək, bunu “tarixi reallıq” adlandırıb.

Putin Sovet İttifaqının qurulmasında verilən ilk qərarda Donbasın Rusiyaya aid olduğunu elan etdiyini, lakin sonradan Ukraynaya verilməsinə qərar verdiyini bildirib.

Rusiya prezidenti həmçinin bəyan edib ki, onların Ukraynadan ələ keçirdikləri ərazilər həmişə Rusiyanın tərkibində olub.

Bildirək ki, Ukrayna prezidenti Vladimir Zelenski Donbasla bağlı ABŞ, Rusiya və Ukrayna arasında fikir ayrılıqlarının olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ