Macarıstanın baş naziri Orban və yüksək səviyyəli nümayəndə heyəti prezident Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə səfər edəcək.
Turkustan.az xəbər verir ki, prezidentin kommunikasiya direktoru Burhanəddin Duran Macarıstanın baş naziri Viktor Orbanın sabah Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini açıqlayıb.
Prezident Ərdoğanın dəvəti ilə Macarıstanın Baş naziri Orban və yüksək səviyyəli nümayəndə heyətinin Türkiyəyə səfər edəcəyini açıqlayan Kommunikasiya direktoru Duran, Türkiyə ilə Macarıstan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasının baş tutacağını bildirib.
Duran açıqlamasında bu ifadələrdən istifadə edib:
“Genişləndirilmiş strateji tərəfdaşlıq səviyyəsində əlaqələrin bütün aspektləri üzrə qiymətləndiriləcəyi səfər zamanı aktual regional və qlobal problemlər ətrafında da hərtərəfli fikir mübadiləsi aparılacaq.
Bundan əlavə, ikitərəfli münasibətlərin müqavilə bazasının möhkəmləndirilməsinə yönəlmiş müxtəlif sazişlərin imzalanması nəzərdə tutulur".
Aytən Yaşar/ Turkustan.az