İsrailin Baş naziri Benyamin Netanyahu İsraillilərin Qəzza zolağına hücumları ilə tez-tez pozduğu atəşkəs razılaşmasının ikinci mərhələsinin tezliklə həyata keçiriləcəyini gözlədiyini bildirib.
Turkustan.az xəbər verir ki, İsraildə səfərdə olan Almaniya kansleri Fridrix Merz və Benyamin Netanyahu danışıqlardan sonra Qərbi Qüdsdə birgə mətbuat konfransı keçirib.
Netanyahu Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsinin demək olar ki, tamamlandığını və ikinci mərhələnin tezliklə başlayacağını gözlədiyini bildirib.
Netanyahu bu ayın sonunda ABŞ prezidenti Donald Trampla görüşündə Qəzza zolağında atəşkəs məsələsini də müzakirə edəcəyini və ikinci mərhələnin daha çətin olacağına inandığını bildirib.
Netanyahu üçüncü mərhələnin "Qəzzanın deradikalizasiyası" olacağını iddia edərək, sözügedən prosesin İkinci Dünya Müharibəsindən sonra "Almaniyada da həyata keçirildiyini" müdafiə etdi.
İclasda Merzin Fələstin dövlətinin qurulması çağırışına qarşı çıxan Netanyahu Fələstin Administrasiyasını "qanuni sülh tərəfdaşı" olaraq görmədiklərini bildirib.
Baş nazir Benyamin Netanyahu korrupsiya işində əfv olunmaq müqabilində siyasətdən getməyəcəyini açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az