Ukrayna müharibəsi nəticəsində təhlükəsizlik siyasətlərini yeniləməyə başlayan Avropa ölkələri müdafiələrini gücləndirmək üçün addımlar atır.
Turkustan.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merz son açıqlamasında Avropa İttifaqını (Aİ) “Avropa Müdafiə Birliyi” adlandıraraq müdafiəyə verilməli olan əhəmiyyəti bir daha vurğuladı.
SAFE proqramı kimi addımlarla Avropanın müdafiəsini gücləndirməyi qarşısına məqsəd qoyan Avropa İttifaqı (Aİ) Rusiyadan gələn təhdidlərə qarşı gücünü artırmağı hədəfləyir.
Wall Street Journal-ın məlumatına görə, bir qrup alman zabiti Rusiya ilə mümkün müharibə üçün OPLAN DEU adlı 1200 səhifəlik müharibə planı hazırlayıb.
Plana Almaniya, ABŞ və NATO ölkələrindən olan 800 min hərbçinin şərq cəbhəsinə necə yerləşdiriləcəyi ilə bağlı məlumatlar var. O, həmçinin qoşunların istifadə edəcəyi avtomobil yollarını, dəmir yollarını, limanları və çayları, eləcə də onların necə qorunub təmin ediləcəyini xəritələşdirir.
Brandenburq Cəmiyyət və Təhlükəsizlik İnstitutunun prezidenti Tim Stuchtey bildirib ki, Alp dağları coğrafi sədd təşkil edir və Rusiya ilə mümkün münaqişə vəziyyətində qoşunlar Almaniya üzərindən köçürülməli olacaq.
Aytən Yaşar/ Turkustan.az