Rusiya Prezidenti Vladimir Putin Bişkekdə çıxışı zamanı rus ordusunun Ukraynada olmayan bir şəhərdə irəliləməsindən danışıb.
Turkustan.az xəbər verir ki, bu barədə “Agentstvo” nəşri məlumat yayıb.
“Qırğızıstanda keçirilən mətbuat konfransında Prezident Putin Rusiya qoşunlarının Komsomolsk şəhərindəki irəliləyişlərindən danışıb. Belə bir şəhər isə mövcud deyil”, – nəşr bildirib.
Kremlə yaxın bir neçə Teleqram kanalı isə Putinin olmayan bir şəhər barədə danışmasına səbəb kimi Baş Qərargah rəisi Valeri Gerasimovun ona yanlış informasiya verməsini göstərib.
“Vladimir Putin Baş Qərargahdan, birbaşa Gerasimovdan keyfiyyətsiz bir arayış alıb və orada mövcud olmayan bir şəhərdən bəhs edilib. Bu, sadəcə olaraq biabırçılıqdır. Bunun necə baş verdiyini araşdırırıq”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin Bişkekdə çıxışı zamanı Komsomolskda şəhər döyüşlərinin getdiyini və rus ordusunun irəlilədiyini bildirmişdi.
Onun olmayan bir şəhər barədə çıxışı gülüşə səbəb olmuşdu.