ABŞ-da təəccüblü nüvə SORĞUSU: Müharibə riski yüksəkdir!


Amerikalıların təxminən yarısı ölkənin 10 il ərzində nüvə müharibəsinə girmə ehtimalının yüksək olduğunu düşünür.

Turkustan.az xəbər verir ki, YouGov araşdırma şirkəti tərəfindən oktyabrın 30-dan noyabrın 2-dək keçirilən sorğuda 1148 nəfər iştirak edib.

Sorğuda iştirak edənlərin 46 faizi ABŞ-ın növbəti 10 il ərzində nüvə münaqişəsinə cəlb olunma ehtimalının "çox" və ya "bir qədər" olacağını, 37 faizi isə belə bir ehtimalın aşağı olduğunu bildirib.

Nüvə müharibəsi gözləntilərinin siyasi baxışlara görə fərqli göründüyü sorğuda demokratların 57 faizi, respublikaçıların isə 37 faizi nüvə müharibəsi ehtimalının yüksək olduğunu bildirib.

Qlobal təhlükəsizliklə bağlı narahatlıqların yüksək olaraq qaldığını vurğulayan sorğuya görə, iştirakçıların 69 faizi nüvə silahlarının dünyanı “daha ​​təhlükəli yer” etdiyinə, yalnız 9 faizi isə nüvə silahlarının təhlükəsizliyi artırdığına inanır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ