Ərdoğan: Papanın ilk səfərini Türkiyəyə etməsi əlamətdardır


Türkiyəyə üç günlük səfərinin ilk dayanacağı Ankarada Anıtkabiri ziyarət edən prezident Ərdoğan, daha sonra Beştəpəyə gedən Papa XIV Leo ilə görüşdü.

Turkustan.az xəbər verir ki, görüşdən sonra Ərdoğanın mətbuat konfransında verdiyi açıqlamalarda aşağıdakılar diqqət çəkib:

"Papanın ilk beynəlxalq səfərini Türkiyəyə etməsini çox mənalı hesab edirəm. Qlobal sülhlə bağlı mühüm məsələləri müzakirə etdik. İnsanları köç etməyə məcbur edən səbəblərə diqqət çəkdik.

Biz həm Şərqə, həm də Qərbə üz tutan bir ölkəyik. Bir çox şəhərlərimizdə məscidləri, kilsələri, sinaqoqları yan-yana görürük.

Biz dini və etnik fərqlərə bölünmə deyil, zənginləşmə mənbəyi kimi baxırıq. Biz qlobal sülh üçün üzərimizə düşəni edirik. Biz sülh, ədalət və sabitlik üçün məsuliyyət daşıyırıq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ