Tramp Rusiya-Ukrayna sülh planı haqqında: Mürəkkəb prosesdir!


ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna sülh prosesində irəliləyiş olduğunu, lakin nəticəsini görmək üçün hələ tez olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, ABŞ Prezidenti Tramp Şükranlıq Günü münasibətilə Vaşinqtondan Floridaya gedərkən baş verənlərlə bağlı mətbuata müraciət edib.

Tramp Rusiya-Ukrayna sülh prosesini çox yaxından izlədiyini və ukraynalılarla Cenevrədəki danışıqların çox müsbət keçdiyini bildirib, lakin razılığa gəlmək üçün hələ zamana ehtiyac olduğunu vurğulayıb.

Tramp həm ümidli, həm də ehtiyatlı danışaraq, "Mən bu müharibənin bitməsini istəyirəm, amma bir müddət nəticəni bilməyəcəyik, amma biz irəliləyiş əldə edirik. Bu mürəkkəb bir prosesdir, o qədər də sürətlə getmir" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ