Rusiya prezidenti Putinin müşaviri Uşakov Tramp administrasiyası tərəfindən hazırlanan Ukrayna Sülh Planının son layihəsini ABŞ rəsmilərindən aldıqlarını açıqlayıb.
Turkustan.az xəbər verir ki, ABŞ rəsmiləri ilə birbaşa görüşən Rusiya prezidenti Putinin müşaviri Uşakov, ABŞ rəsmilərinin ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən hazırlanan Ukrayna Sülh Planının yenilənmiş variantını onlara çatdırdıqlarını açıqlayıb.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə Ukrayna və Amerika rəsmiləri ilə görüşdüklərini, lakin bu görüşdə Ukrayna Sülh Planını müzakirə etmədiklərini deyən Uşakov, "Ukrayna Sülh Planı hələ heç kimlə ətraflı müzakirə olunmayıb" dedi.
ABŞ və Rusiya ötən həftə Ukrayna Sülh Planı ilə bağlı tez-tez danışıqlar aparır. Ukrayna və Avropa rəsmiləri də Trampın “Rusiyayönlü” hesab etdikləri ilkin planına yenidən baxmaq üçün ABŞ-la görüşməyə can atırlar.
Rusiya lideri Putinin müşaviri Uşakov ABŞ prezidenti Trampın xüsusi nümayəndəsi Witkoff ilə davam edən danışıqlara rəhbərlik edir.
Aytən Yaşar/ Turkustan.az