Avropa paytaxtlarında "sülh, yoxsa yeni xəritə?" mövzusu birmənalı qarşılanmayıb.
Turkustan.az xəbər verir ki, Ankarada diplomatik trafik Vaşinqton, Moskva, Kiyev və Brüssel xətti boyunca davam edərkən, ehtiyatlı və diqqətli monitorinq yanaşması üstünlük təşkil edir. Türkiyə müharibə başlayandan bəri bitərəf qaldığı üçün bu prosesdə Ankaradan da gözləntilər var.
ABŞ prezidenti Donald Trampın xüsusi komandası tərəfindən hazırlanan və Amerika mətbuatına sızan 28 bəndlik Ukrayna sülh planı göstərir ki, Vaşinqton indi “müharibəsi davam etdirməkdənsə, onu dondurmaq” məqsədi güdür.
Bu plan Kiyevdə Rusiyanın tələblərinə yaxınlığı və Moskvada ehtiyatlı qarşılanması nəzərə alınaraq narahatlıqla qarşılanıb. Avropa paytaxtlarında sülh, yoxsa yeni xəritə ilə bağlı müzakirələr başlayıb.
Planın hazırlanmasında Trampın yaxın ətrafı, o cümlədən Stiv Vitkoff, JD Vance, Marko Rubio və Jared Kuşner rol oynayıb. ABŞ diplomatik mənbələri planın hazırlanması zamanı Türkiyə və Qətərin vasitəçi kanallar açaraq texniki danışıqlara şərait yaratdığını göstərir.
TRAMPIN UKRAYNA PLANI – 28 MADDƏDİR
Ərazi Tənzimləmələri və Suverenlik (1–8)
1. Donetsk vilayətinin faktiki olaraq Rusiyaya verilməsi.
2. Luqansk vilayətinin faktiki olaraq Rusiyaya verilməsi.
3. Ukraynanın bu iki regionda inzibati və hərbi iddialarından tamamilə əl çəkməsi.
4. Donbas ətrafında böyük silahsızlaşdırılmış bufer zonasının yaradılması.
5. “Növbəti illər üçün” Zaporojyadakı hazırkı cəbhə xəttinin dondurulması.
6. Xersonun şərq hissəsində nəzarət xəttinin donması.
7. Zaporojyanın bəzi kənd yerlərində “çıxarma və yenidən qiymətləndirmə” mexanizminin mümkün yaradılması.
8. ABŞ və Qərbin Krımın Rusiyaya məxsus olduğunu rəsmən tanıması.
Ukraynanın Hərbi və Təhlükəsizlik strukturu (9-15)
9. Ukrayna ordusunun hazırkı şəxsi heyətinin yarıya qədər azaldılması.
10. Ukraynanın uzaqmənzilli raket və ağır silah sistemlərinə çıxışının dayandırılması.
11. Ukrayna ərazisinə xarici hərbi birləşmələrin yerləşdirilməsinin qadağan edilməsi.
12. Uzaqmənzilli Qərb silahlarının ölkəyə ötürülməsinin dayandırılması.
13. Ukraynada yaradılmış xarici hərbi təlim bazalarının bağlanması.
14. Qərb ölkələrinin Ukrayna daxilində kəşfiyyat qurumları yaratmasının məhdudlaşdırılması.
15. NATO üzvlüyünün “ən azı 5-7 il” müddətinə dayandırılması. (WSJ)
Siyasi və İnstitusional Tənzimləmələr (16–20)
16. Rus dili Ukraynada ikinci rəsmi dil elan edilib.
17. Ukrayna Pravoslav Kilsəsinə rəsmi statusun verilməsi və dövlət müdaxiləsinin azaldılması.
18. Rusiya ilə ticarət və energetika sahəsində texniki komissiyanın yaradılması.
19. Ukrayna daxili qanunvericiliyindən Rusiyanı “işğalçı dövlət” kimi müəyyən edən maddələrin çıxarılması. 20. Donbas və Krımla bağlı işlərin beynəlxalq məhkəmələrdən geri götürülməsi.
Beynəlxalq Təhlükəsizlik və Zəmanət Sistemləri (21–25)
21. ABŞ Ukraynaya “hücum halında sürətli dəstək” verəcəyinə zəmanət verir.
22. Lakin bu təminat hərbi müdaxilə öhdəliyini ehtiva etmir.
23. Avropa ölkələri Ukrayna üçün birgə təhlükəsizlik fondu yaratmalıdır.
24. Rusiya müqaviləni pozarsa, avtomatik iqtisadi sanksiyalar tətbiq olunacaq.
25. Hərbisizləşdirilmiş zonaların peyklər və beynəlxalq müşahidəçilər tərəfindən monitorinqi.
İqtisadi və Yenidən Qurulma Prosesi (26–28)
26. Ukraynanın müharibədən sonrakı bərpası üçün Qərb tərəfindən yaradılacaq fondun idarə olunmasında Qətərin iştirakı.
27. Rusiya müharibə nəticəsində zədələnmiş infrastruktura görə məhdud kompensasiya ödəməlidir, lakin bu, “aşağı siyasi xərclə” saxlanılmalıdır.
28. Ukraynanın borcdan azad edilməsi proqramının restrukturizasiyası və 2030-cu ilə qədər mərhələli ödəniş cədvəlinin həyata keçirilməsi.
Aytən Yaşar/ Turkustan.az