Mişel Obama prezident olmaq istəyir? - Mübahisəli açıqlama


ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama bildirib ki, ABŞ qadın prezidentə hazır deyil.

Turkustan.az xəbər verir ki, Obama izah edib ki, bir qadının ABŞ prezidenti olması üçün "baxışlar dəyişməlidir. Bir çox kişilər qadının lider ola biləcəyini düşünmürlər".

Mişel Obama Nyu-Yorkun Bruklin şəhərində keçirilən proqramda aktrisa Trasi Ellis Rossun suallarını cavablandırıb.

Rossun “ ABŞ-da qadın prezidenti üçün mühitin olub-olmaması ” ilə bağlı sualına cavab olaraq Obama, ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harrisin 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində namizədliyinə işarə edərək, “Əvvəlki seçkilərdə də gördüyümüz kimi, hazır deyilik” cavabını verib.

"Ona görə də deyirəm ki, "prezident seçkiləri ilə bağlı mənə belə baxmayın". Çünki hamınız yalan danışırsınız. Siz qadına (prezidentliyə) hazır deyilsiniz", - Obama deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ