Rusiyanın noyabrın 14-də Kiyevə hücumu nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Turkustan.az xəbər verir ki, bu barədə Telegram -da Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib .
Onun sözlərinə görə, “məlum olub ki, bu gün səhər saatlarında noyabrın 14-də atışma zamanı yaralanan yaşlı qadın xəstəxanada ölüb”.
"Beləliklə, rus terrorçularının əli ilə öldürülən Kiyev sakinlərinin sayı 7 nəfərdir", - Tkaçenko qeyd edib.
Bildirək ki, Kiyevin Desnyanski rayonunda fövqəladə və xilasetmə əməliyyatları başa çatıb.
Aytən Yaşar/ Turkustan.az