Ermənistan da parad keçirir? – Paşinyan Bakını göstərib bunları dedi, xalq hiddətləndi


Azərbaycanın 8 noyabr tarixində keçirdiyi Zəfər Paradı Ermənistanda böyük səs-küyə səbəb olub.

Turkustan.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Asambleyada ölkənin hərbi parad keçirib-keçirməyəcəyinə dair sualı cavablandırıb.

“Hərbi paradla bağlı müxtəlif fikirlər var. Xüsusilə Azərbaycanda keçirilən paraddan sonra bu söhbətlər indi daha da aktivləşib. Amma düzünü desəm, hazırda biz sülh gündəminə diqqət yetirmişik”, – baş nazir bildirib.

Paşinyanın sözləri ictimaiyyətdə müzakirə mövzusuna çevrilib. “Oragir Nyus” xalq arasında sorğu keçirəcək Ermənistanda hərbi paradın baş tutmasına reaksiyaları öyrənib.

İştirakçıların əksəriyyəti məğlub ölkənin parad keçirməsinin doğru olmadığını qeyd ediblər. Bir qisim isə Paşinyanın sülh gündəmini bəhanə etdiyini və bunun paradın keçirilməməsi qərarına əsas təşkil etməsinin düzgün olmadığını vurğulayıb.

Maraqlıdır ki, cəmiyyətin böyük qisminin Bakıda baş tutan Zəfər Paradını izlədiyi deyilir. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ