Hərbçilərin nəşi Türkiyəyə yola salındı


Təyyarə qəzasında şəhid olan hərbçilərin nəşi Gürcüstandan Türkiyəyə yola salınıb.

Turkustan.az xəbər verir ki, məlumata görə, təyyarə Gürcüstanın paytaxtı Tbilisidən havaya qalxıb.

Hərbçilərin nəşini daşıyan "Koca Yusuf" A400M təyyarəsi paytaxt Tbilisidəki Şota Rustaveli Beynəlxalq Hava Limanından Ankaraya yola düşüb. Cənazələr Türkiyəyə çatdıqdan sonra dəfn yerlərinə göndəriləcək. /modern.az/


MANŞET XƏBƏRLƏRİ