Paşinyandan komanda üzvlərinə qadağa: Boşana bilməzsiniz


Ermənistanın Baş naziri Nikol Paşinyanın komandasının üzvlərinə şəxsi həyatları ilə bağlı qadağa tətbiq edib.

Turkustan.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Bildirilir ki, Paşinyan onlara boşanmağı qadağan edib.

“Bu yaxınlarda komanda yoldaşlarından biri ona belə bir qərar verdiyini bildirib: həyat yoldaşından boşanaraq yeni həyata başlamaq istəyir. Paşinyan bunu ona qadağan edib, bildirib ki, partiyada boşanma limiti artıq bitib”, - nəşr yazır.

Paşinyan komanda üzvlərinə deyib ki, boşanmalar cəmiyyətdə onların nüfuzuna zərbə vurur, ona görə də, bu addımdan qaçmaq lazımdır./publika.az


MANŞET XƏBƏRLƏRİ