ABŞ tarixində ən uzun hökumət qapanması prezident Donald Trampın federal hökumətin yenidən fəaliyyətə başlaması üçün Konqres tərəfindən qəbul edilən müvəqqəti büdcə qanun layihəsini imzalaması ilə başa çatıb.
Turkustan.az xəbər verir ki, Ağ Evdə keçirilən mərasimdə Donald Tramp federal hökumətə yanvarın sonuna qədər maliyyə ayrılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.
Tramp çıxışı zamanı hökumətin bu qədər uzun müddət bağlı qalmasına görə Demokratları ittiham edib:
“Bu gün ölkəmiz üçün əla gündür. İndi işimizə qayıda bilərik”, – deyə, o bildirib.
Prezident əlavə edib ki, imzaladığı müvəqqəti büdcə hökuməti yalnız qısa müddətlik maliyyələşdirir və gələcəkdə Demokratların addımları nəticəsində yeni bir qapanmanın baş verə biləcəyi istisna deyil.
Tramp həmçinin Konqresdə uzun və nəticəsiz çıxışlarla səsvermələrin qarşısını alan “filibuster” sisteminin ləğv edilməsinin vacibliyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az